Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

1.  Ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2012-ci ildə 5,7 dəfə artaraq 147,29 mln. manata, sənaye məhsulunun həcmi 2,8 dəfə artaraq 5,9 mln. manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,7 dəfə artaraq 53,6 mln manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyalar 41,5 dəfə artaraq 46,2 mln. manat, tikinti-quraşdırma işlərinin həcmi 44,7 dəfə artaraq 45,2 mln manat təşkil etmişdir;
- 2004-cü ildən hazıradək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 112 sahibkara  1,5 mln. manat güzəştli kredit ayrılmışdır. 2007-2012-ci illər ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 1,6 mln. manat subsidiyalar verilmişdir;
- Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün Dövlət Neft Şirkətindən 2006-2011-ci illər ərzində 6,0 (altı) mln manat vəsait ayrılmışdır;
- On altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən–Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) mln. manat ayrılmışdır. Hal-hazırda 14 km məsafədə yolun əsası hazırlanmış, 11,5 km yol asfaltlanmışdır. Yolun tikintisi davam edir.

2.  Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuş və abidəsi ucaldılmışdır;

3. 187 çarpayılıq yeni xəstəxana, Olimpiya idman kompleksi, “Qubek” oteli, əlil və şəhid ailələri üçün 36 və                   8 mənzilli yaşayış binaları, saatda 216 nəfərə xidmət edən 6 kabinəli kanat yolu,  illik istehsal gücü 80 min ton olan yem istehsalı zavodu, 4 fındıq emalı və  3 süfrə suları istehsalı müəssisələri, mərkəzi kitabxana, avtovağzal, ticarət kompleksi, Mazımçay-sərhəd keçid məntəqəsi, rayonun idarə və təşkilatları üçün 6 inzibati bina, “Gənclər evi” tikilərək istifadəyə verilmiş, N.Nərimanov adına istirahət parkı təmir olunmuş, “Aqrolizinq” ASC-nin filialı yaradılmış, ildə 50 min ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarını emal edən “Balakən-konserv” zavodunun fəaliyyəti bərpa edilmiş, 48 artezian quyusu qazılmış,  22,0 km uzunluğunda içməli su xətti çəkilmiş, 3 körpü tikilmişdir.  Hazırda “Balakən” kiçik su elektrik stansiyasının,  rayon mədəniyyət evinin, YAP-Balakən rayon təşkilatının və rayon təhsil şöbəsinin  yeni inzibati binasının, bölgədə baş vermiş zəlzələ zamanı zərər çəkən ailələr üçün 8 mənzilli yaşayış evinin, dövlət yanğından mühafizə hissəsinin yeni inzibati binasının,  Katex kəndində 4,5 min ton tutumu olan soyuducu və meyvəqurutma kameralarının,  “Aqrolizinq” ASC-nin rayon filialı üçün inzibati binanın tikintisi davam edir.

4. Şəhərdə kommunal yaşayış evlərinin dam örtükləri dəyişdirilərək kirəmit metal təbəqələrlə əvəzlənmiş, şəhərin küçələrində səki və bardürlər təmir olunmuş, Heydər Əliyev prospektində  yeni işıq sistemi quraşdırılmış, çoxmənzilli binaların və ticarət obyektlərinin fasad örtükləri yenilənmiş, çaylarda sahilbərkitmə işləri aparılmış, hava elektrik  və rabitə xətləri müasir kabel ötürücü xətlərlə yerin altına salınmışdır.      

5. 2003-cü ildən hazıradək (2013-cü ilin 01 fevralınadək) 6440 şagird yerlik 25 yeni məktəb, o cümlədən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagird yerlik 4 ümumtəhsil məktəbi binası inşa edilmişdir. 824 şagird yerlik Nəsimi adına şəhər 2 saylı və 1050 şagird  yerlik Nizami adına şəhər 1 saylı tam orta məktəbləri əsaslı təmir olunmuşdur. Qullar 2 saylı məktəbi üçün 220 şagird yerlik,  Hənifə məktəbi üçün 480 şagird yerlik, Qazma 2 saylı məktəbi üçün 360 şagird yerlik, Qaracabinə məktəbi üçün 80 şagird yerlik, Şambul məktəbi üçün 180 şagird yerlik, Qazbinə məktəbi üçün 220 şagird yerlik olmaqla 1540 şagird yerlik   6 məktəbin inşasına başlanmışdır. Şəhər 1 və 3 saylı körpələr evi - uşaq bağçaları əsaslı təmir olunmuşdur.

6.2003-2012-ci illər ərzində 4321 daimi olmaqla, 13493 yeni iş yeri yaradılmışdır.

Gələcəkdə həyata keçiriləcək infrastruktur layihələri:

-Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar aşağıdakılardır:
-Balakən şəhərinin içməli su və kanalizasiya sisteminin qurulması;
-Elektrik xətt təsərrüfatının yenidən qurulması
-Dağ çaylarının tez-tez daşması nəticəsində mühafizə bəndləri olmayan yaşayış məntəqələri, əkin sahələri və təsərrüfatların sel sularından mühafizəsi üçün sahilbərkitmə bəndlərinin qurulması
-Mazımçay üzərində Poştbinə və Şərif kəndləri ərazisində 2, Hunbul çay üzərində 1, Balakən çayı üzərində 2 körpü olmaqla 5 ədəd yeni körpünün tikilməsi
-Rayonun qəsəbə və kəndlərində qaz xətlərinin çəkilişinin yekunlaşdırılması

Keçidlər