Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

  Balakən rayon Mərkəzi Xəstəxanası 1939-cu ildə fəaliyyətə başlayıb. Həmin dövrdə xəstəxana doğum şöbəsi ilə birlikdə 30-40 çarpayıdan ibarət olmaqla uyğunlaşdırılmış bir mərtəbəli binada yerləşib. Xəstəxanada həmçinin vərəm və digər yoluxucu xəstəliklər üçün palatalar mövcud olub.
    2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə müasir standartlara cavab verən rayon Mərkəzi Xəstəxanası  tikilərək əhalinin istifadəsinə verilib. Hazırda Mərkəzi Xəstəxana 187, Qabaqçöl qəsəbə xəstəxanası 25 çarpayılıqdır.
    Balakən rayon Mərkəzi Xəstəxanası rayon əhalisinə aşağıdakı ixtisaslaşdırılmış tibbi xidmətləri göstərir:

Kardiologiya
    Anesteziologiya və reanimasiya
    Təcili və Təxirəsalınmaz yardım
    Urologiya
    Nevrologiya
    Fizioterapiya
    İnfeksion xəstəliklər
    Laboratoriya
    Otolorinqologiya
    Narkoloji
    Oftolmologiya
    Təcili Tibbi Yardım
    Terapiya
    Ultrasəs müayinəsi
    Cərrahiyyə
    Rentgenologiya
    Funksional diaqnostika
    Dəri-Zöhrəvi
    Qadın məstəhətxanası
    Pediatriya
    Doğum şöbəsi
    Ginekologiya
    Stomotologiya

 Rayonda 2 xəstəxana, 14 kənd həkim məntəqəsi, 15 kənd tibb məntəqəsi və Gigiyena və Epidemiologiya Mərkəzi vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən 15 fevral-15 may 2017-ci il tarixlərində rayon əhalisinin tibbi müayinədən keçirilməsi təmin edilib. Ümumilikdə 60044 nəfər, nəzərdə tutulmuş əhalinin  97%-i tibbi müayinədən keçib.


 

Keçidlər