Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

  01 yanvar 2017-ci il tarixə rayon əhalisinin sayı 96,8 min nəfərdir. Əhalinin 14,8 min nəfəri (15,3%) şəhərdə, 82,0 min nəfəri (84,7%) isə kəndlərdə yaşayır. Əhalinin ümumi sayından 19,9 faizi 0-14 yaşda, 74,3 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Doğulanların sayı 1476, ölənlərin sayı 626, təbii artım 850 nəfərdir.
      Məcburi köçkünlərin sayı 232, qaçqınların sayı 112 nəfərdir.
     Rayonda iyirmidən çox millətin nümayəndəsi mehriban bir ailə kimi yaşayır. Bunlardan azərbaycanlıları, avarları, tatarları, rusları, ləzgiləri, gürcüləri, lakları, kumukları, zaxurları, ukraynalıları, farsları, türkləri, kürdləri və s. qeyd etmək olar. 2009-cu il siyahıyaalınmasına əsasən azərbaycanlılar 72,8%,  avarlar  26,6% və digər millətlərin nümayəndələri 0,6% təşkil edir.

Keçidlər