Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli kümçülər regionda ilk olaraq barama istehsalına başlamışlar.

25 may 2020 | 16:00

   Şimal-qərb bölgəsinin digər rayonları kimi, Balakən də baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Balakən rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.

   Cari mövsümdə Balakən rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 8 ton artırılaraq, 52 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün rayonun 20 inzibati ərazi dairəsi üzrə 400-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb.

   27 aprel 2020-ci il tarixdə paylanmış ipəkqurdu toxumundan artıq barama məhsulu toplanmağa başlanıb. Kümçülər çox böyük həvəslə adət ənənəyə uyğun iməciliklər təşkil edərək barama təmizləmə  ilə məşğul olurlar. Rayonun digər təsərrüfatlarında da barama sarıma prosesi davam edir.                 

Keçidlər