Şriftin ölçüsü :

Saytın rəngi :

1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş görüş keçirilmişdir

01 noyabr 2019 | 16:00

   01 noyabr 2019-cu il tarixdə "Kənd Təsərrüfatı İşçiləri Günü" ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə rayonda aqrar sahədə çalışan nümayəndələr və rayon təsərrüfatçıları iştirak edirdi. Əvvəlcə iştirakçılar Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev ölkədə, eləcə də Balakən rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlərdən, əldə olunan uğurlardan və görüləcək işlərdən geniş söhbət açdı. Cari təsərrüfat ilində nailiyyətləri olanlar Fəxri Fərmanla təltif olundular.

   Sonda xatirə şəkili çəkildi.                                                                                           

Keçidlər