Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbullar keçirilib

31 oktyabr 2019 | 16:00

   Oktyabr ayında Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Yeni Şərif, Katex, Qaysa, Poştbinə kəndlərində və Balakən şəhərində səyyar qəbullar keçirib. Poştbinə kəndində 24 oktyabr 2019-cu il tarixdə keçirilən görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Rüfət Əliyev də iştirak edib.

   Görüşlərdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri Azərbaycanın hazırda güclü iqtisadiyyata və sosial siyasətə malik olan bir ölkəyə çevrildiyini vurğulayıb. Qeyd edib ki, respublikada aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip, ilk növbədə, əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə özünü göstərir.

   Səyyar qəbullarda sakinlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kəndlərdə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, kənddaxili yolun asfaltlanmamış hissəsinə asfalt vurulmasına, çay sularından mühafizə üçün bəndlərin vurulmasına, içməli su ilə təchizatın yaxşılaşdırılması üçün artezian quyularının qazılmasına, şəhərdə kanalizasiya sisteminin yenilənməsi ehtiyac olduğu diqqətə çatdırılıb.

   Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.                

Keçidlər