Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il-İnkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.

12 iyul 2019 | 16:00

   12 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birinci dəfə respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümünə həsr olunan “14 iyul 1969-cu il-İnkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd etdi. Heydər Əliyevin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi-iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Bildirildi ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçdi. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 50 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.

   Tədbirdə məruzə ilə çıxış edən Heydər Əliyev Mərkəzinin elmi işçisi Çinarə Bazarova vurğulayıb ki, 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai-mənəvi durumu səciyyələndirən gerçəkliklər əslində daha böyük nailiyyətlərin-milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissəsi olub. Həmin dövrdə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsinə və təbliğ olunmasına, Azərbaycanın bütün dünyada tanıdılmasına xüsusi diqqət verilib. Natiq qeyd edib ki, bu gün Heydər Əliyev ideyasına sadiq qalan, onun dövlətçilik prinsiplərini rəhbər tutan, dünyada azərbaycançılıq ənənələrini zənginləşdirən, ölkəmizin dünyada tanıdılması istiqamətində çox böyük işlərə imza atan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.

   Daha sonra tədbirdə YAP rayon təşkilatının aparat rəhbəri Ömər Osmanovun, rayon Təhsil Şöbəsinin müdir əvəzi Cavanşir Alqayevin, rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayevin və Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyevanın çıxışları dinlənilib.                

Keçidlər