Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür” mövzusunda tədbir keçirilmişdir.

25 iyun 2019 | 16:00

   25 iyun 2019-cu il tarixində Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Balakən Rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında təhsil, mədəniyyət, səhiyyə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon icra hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyası tərəfindən tədbir keçirilmişdir.

   Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyasının sədri Azad Balayev tədbirin keçirilməsində əsas məqsədin narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmənin gücləndirilməsi olduğunu bildirmişdir.

   Dövrümüzün ən böyük bəlalarından biri olan narkomanlığın və narkotik vasitələrdən sui-istifadənin müxtəlif halları barədə ətraflı çıxışlar edilmiş, fikir mübadiləsi aparılmış, idarə və müəssisələrin əməkdaşlarına müvafiq tövsiyələr verilmişdir.

   Məktəblilərin narkomanlığa qarşı mübarizəyə həsr etdikləri rəsm sərgisinə baxış keçirilmişdir.                                                                  

Keçidlər